Bakı-APA. Rusiyanın Kuril adaları yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Yujno-Saxalinsk şəhərindən 550 km cənub-şərqdə Oxotsk dənizində yerləşib.
Dağıntı və zərərçəkən yoxdur, sunami təhlükəsi elan edilməyib.