APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, 4,5 bal gücündə olan birinci yeraltı təkan yerli vaxtla 10:44-də Paramuşir adasında, Severo-Kurilsk şəhərindən 232 km şimal-şərqdə qeydə alınıb.
42 dəqiqədən sonra isə təxminən eyni ərazidə 4,0 bal gücündə ikinci zəlzələ olub.
Dağıntılar və xəsarət alan yoxdur. Sunami xəbərdarlığı elan olunmayıb.