Kuril adaları yaxınlığında 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar Paramuşir adasından 350 km сənub-qərbdə, 170 km dərinlikdə qeydə alınıb.
Yerli FHN mərkəzinin məlumatına əsasən, zəlzələ ilə əlaqədar Saxalin vilayətində sunami xəbərdarlığı elan olunmayıb.