Bank Of Baku

Lavrov ABŞ-ın Hələblə bağlı təkliflərini geri götürdüyünü açıqlayıb

Lavrov ABŞ-ın Hələblə bağlı təkliflərini geri götürdüyünü açıqlayıb
# 06 dekabr 2016 13:31 (UTC +04:00)

“ABŞ tərəfi dekabrın 2-də Hələbin şərqindən silahlıların çıxarılması barədə təkliflərindən geri çəkildiyini bəyan edib”.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergy Lavrov deyib. O, ötən gün bu barədə ABŞ tərəfindən məlumat aldıqlarını söyləyib: “Bildirdilər ki, onlar sabah Hələb məsələsi ilə bağlı məsləhətləşmələrə qatılmayacaqlar, çünki fikirlərindən daşınıblar. İndi onlarda yeni sənəd var.  Bizim daha əvvəl təxmin etdiyimiz kimi, elə görünür ki, onlar silahlıların nəfəs alması, öz ehtiyatlarını bərpa etməsi üçün zaman qazanmaq istəyirlər".

 

S. Lavrov əlavə edib ki, Suriya məsələsində amerikalılarla ciddi müzakirələr aparmaq mümkün deyil.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR