Bank Of Baku

Litvanın xarici işlər naziri Kiyevin Müstəqillik Meydanındakı aksiya iştirakçılarına əlcək paylayıb

Litvanın xarici işlər naziri Kiyevin Müstəqillik Meydanındakı aksiya iştirakçılarına əlcək paylayıb
# 14 dekabr 2013 16:16 (UTC +04:00)

Bakı - APA. Avropa Birliyinə sədrlik edən Litvanın xaric işlər naziri Linas Linkyavuçyus Kiyevin Müstəqillik Meydanında müddətsiz aksiyanın iştirakçılarına isti əlcəklər aparıb. APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, L. Linkyavuçyus Litva milli üslubunda hazırlanmış əlcəkləri meydanda insanlara şəxsən paylayıb. O, meydanda “UDAR” Partiyasının lideri Vitali Kliçko və “Svoboda” lideri Oleq Tyaqnibokla görüşüb. Tərəflər Ukraynada yaranmış siyasi böhrandan çıxış yolları və Ukrayna xalqının Avropa seçiminin reallaşması perspektivlərini müzakirə ediblər.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR