Bakı. Anaxanım Hidayətova - APA. Litvanın xarici işlər naziri Linas Linkyaviçus sabah Ermənistanda səfərdə olacaq.
APA-nın “Novosti-Armeniya”ya istinadən xəbərinə görə, nazir Ermənistan prezidenti Serj Sarkisyan və həmkarı Edvard Nalbandyanla görüş keçirəcək.
Səfər çərçivəsində Linas Linkyaviçusun qondarma “erməni soyqırımı” memorialına baş çəkəcəyi bildirilir.
Xatırladaq ki, Baltikyanı ölkələr sırasında qondarma “erməni soyqırımı”nı yeganə tanıyan ölkə Litvadır. Bu ölkələr arasında ancaq Vilnüsdə Ermənistanın səfirliyi fəaliyyət göstərir.