Bakı-APA. Mahaçqalada baş vermiş iki partlayışdan sonra şəhərin xəstəxanalarına müxtəlif dərəcəli bədən xəsarətləri ilə 46 nəfər çatdırılıb. Bu barədə Dağıstan Tibb mərkəzinin baş həkimi Qəzənfər Qurbanov məlumat verib.
«Son məlumatlara əsasən, Mahaçqala xəstəxanalarına 46 nəfər çatdırılıb, 4 nəfər isə həlak olub. Gələn yaralıların 15%-i ağır vəziyyətdədirlər», deyə Q.Qurbanov bildirib.
Dünən Mahaçqalada baş vermiş iki partlayış terror aktı kimi qiymətləndirib. Əvvəlcə bir avtomobil partladılıb, bundan 15 dəqiqə sonra hadisə yerində əməliyyatçılar işləyəndə isə ikinci partlayış baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, partlayışlar məsafədən həyata keçirilib.