Bakı-APA. Dağıstanda polisə silahlı müqavimət göstərmiş üç yaraqlı zərərsizləşdirilib. APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.
“Mahaçqalanın Şamxal qəsəbəsində avtomobildə silahlı müqavimət göstərmiş üç yaraqlı məhv edilib”, deyə mənbə bildirib.
Polis əməkdaşları arasında itki barədə məlumat verilmir.