Bank Of Baku

Marneulidə azərbaycanlı ailəsinə hücum edənlərdən biri saxlanılıb

Marneulidə azərbaycanlı ailəsinə hücum edənlərdən biri saxlanılıb
# 03 dekabr 2012 21:15 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. 2012-ci il, oktyabrın 1-də Marneulidə bir qrup silahlı quldurlar tərəfindən törədilən cinayət işi açılıb. Bununla bağlı N. Valeri adlı şəxs saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan daxili işlər nazirliyi informasiya yayıb. Məlumata görə, oktyabrın 1-də Həsənovlar ailəsinə basqın edən silahlı oğrular ev sahibinə işgəncə verərək 60 min lari qiymətində qızıl məmulatı və 5 min lari və 2 min dollar aparıblar. Saxlanılan şəxsin evi axtarılarkən zərərçəkən Marneuli sakini Həsənov ona məxsus qızıl-zinət əşyalarını tanıyıb.


Hazırda basqın törədən silahlı qrupun digər üzvləri də axtarılır. N. Valerinin günahı təsdiq olunarsa, onu qrup üzvləri ilə törətdiyi cinayətə görə, 6 ildən 15 ilə qədər azadlıqdan məhrum etmə gözləyir.

 

Qeyd edək ki, son aylar Marneuli və Bolnisidə azərbaycanlıların yaşadığı evlərə 12 dəfə silahlı basqın olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR