Bakı. Anaxanım Hidayətova – APA. Aprelin 15-16-da Minskdə MDB ölkələri ekspertlərinin insan alveri ilə mübarizə məsələləri üzrə əməkdaşlıqla bağlı görüşü keçiriləcək. APA-nın MDB İcra Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu sahəyə aid hazırlanmış proqram müzakirə olunacaq. Sənəd insan alverinə qarşı mübarizə sahəsində əməkdaşlığın beynəlxalq-hüquqi bazasının genişləndirilməsi və möhkəmləndirilməsi, eləcə də insan alveri qurbanlarına kömək məsələlərini ehtiva edir.