“Rusiya dünya iqtisadiyyatındakı problemlər üzündən yaranmış böhranın öhdəsindən gələ bildi”.
APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu “Soçi-2017” İnvestisiya Forumunda çıxışı zamanı Rusiya baş naziri Dmitri Medvedev bəyan edib.
“Bu gün artıq demək olar ki, biz bütün bu çağırışların öhdəsindən gəlməyi öyrəndik. Ümumi daxili məhsulun azalması dayandı”, - deyə o vurğulayıb.