Bank Of Baku

Məşhur iş adamı Rinat Əhmədov Ukrayna hakimiyyətini və müxalifətini danışıqlara çağırıb

Məşhur iş adamı Rinat Əhmədov Ukrayna hakimiyyətini və müxalifətini danışıqlara çağırıb
# 13 dekabr 2013 10:36 (UTC +04:00)

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, iş adamı qeyd edib ki, Ukrayna və ölkə prezidenti 3,5 il ərzində Avropa yolu ilə gedib və bu müddət ərzində çox iş görülüb, lakin Avropa Birliyi ilə Vilnüsdə assosiasiya sazişinin imzalanması baş tutmadıqdan sonra insanlarda nəyin baş verdiyinə dair suallar yaranıb: “İnsanlar bu suallara cavab axtardılar və meydana çıxdılar. Dinc insanların dinc aksiyalara çıxması onu göstərir ki, Ukrayna azad, demokratik ölkədir və bu yoldan geri dönməyəcək. Bu, əladır”.

 

R. Əhmədovun fikrincə, vətəndaşların zərər çəkməsinə yol verilməməli və ölkə üçün mürəkkəb bir vaxtda soyuq baş və ölçülü yanaşma ilə sağlam düşüncə qalib gəlməlidir. Oliqarx siyasətçiləri Ukraynanın bütövlüyünü qorumağa və danışıqlar masası ətrafına oturmağa çağırıb: “Siyasətçilər – hakimiyyət, müxalifət, fikir öndərləri danışıqlar masasına oturaraq bizim qürur duyacağımız bir qərar qəbul etməlidirlər. Qoy hətta bu masada siyasətçilər öz reytinqlərini itirsinlər. Əsas odur ki, Ukraynanın reytinqi yuxarı qalxsın”.

 

Qeyd edək ki, dekabrın 7-də avrointeqrasiya tərəfdarı olan ukraynalılar R. Əhmədovun Londondakı malikanəsinin qarşısında piket keçirərək iş adamını Yanukoviçi deyil, xalqı dəstəkləməyə çağırıblar.  

 

Xatırladaq ki, bir gün əvvəl daha bir ukraynalı oliqarx – Viktor Pinçuk da ölkədəki hadisələrlə bağlı bəyanat verib. O, kütləvi aksiyaların iştirakçılarını dəstəklədiyini bildirib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR