Moskva. Fərid Əkbərov – APA. SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov xəstəxanaya yerləşdirilib. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, 82 yaşlı Mixail Qorbaçov paytaxtın Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib. Qorbaçov Fondundan verilən məlumata görə, Mixail Qorbaçovun diabet (şəkər) xəstəsi olduğu bildirilib. Onun ümumi müayinə olunmaq üçün xəstəxanaya aparıldığı deyilir.
Qorbaçov Fondunun mətbuat katibi Vladimir Polyakov isə Rusiya mətbuatında M.Qorbaçov haqqında yayılan xəbərləri yalanlayıb. Mətbuat katibi M. Qorbaçovun xəstəxanaya yerləşdirilmədiyini, sadəcə olaraq tibbi müayinədən keçdiyini bildirib.
Qeyd edək ki, keçən ilin may ayında Rusiya mətbuatında M. Qorbaçovun xəstəxanaya yerləşdirildiyi və daha sonra öldüyü barədə məlumat yayılmışdı.