Bank Of Baku

Mixail Xodorkovski artıq Almaniyadadır

Mixail Xodorkovski artıq Almaniyadadır
# 20 dekabr 2013 17:33 (UTC +04:00)

Bakı-APA. Mixail Xodorkovskinin olduğu təyyarə Berlin hava limanına enib. APA-nın məlumatına görə, bu haqda “Röyters” Almaniya XİN-in rəsmi nümayəndəsinə istinadən xəbər yayıb.

 

“Şpigel” jurnalının verdiyi məlumata görə, biznesmenin Şengen zonasına daxil olan ölkələrdə 1 il yaşamaq hüququ var. Almaniyadan Xodorkovski İsveçrəyə yola düşəcək.

 

“Schwabische Zeitung” isə Xodorkovskinin Nyu-Yorka oğlunun yanına gedəcəyini bildirir.

 

“Die Welt”in xəbərinə görə, Rusiyadan Almaniyaya təyyarəni Xodorkovski üçün Almaniyanın sabiq xarici işlər naziri Hans-Ditrix Genşer sifariş edib.

 

Qeyd edək ki, Xodorkovski 2003-cü ildən həbsdə olub. Əfv fərmanı olmasaydı, o 2014-cü ilin avqustunda azadlığa çıxacaqdı. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR