Bakı-APA. Polis əməkdaşına hücum etməkdə təqsirləndirilən Moskvanın Matveyev bazarında alverlə məşğul olan Məhəmməd Rəsulov və onun yoldaşı Həlimət Rəsulova 2 ay müddətinə həbs ediliblər. APA-nın verdiyi xəbərə görə, müvafiq qərarı Moskvanın Nikulin məhkəməsi verib.
Qeyd edək ki, Matveyev bazarında polis əməkdaşına hücum iyulun 27-də yetkinlik yaşına çatmayan qızın zorlanması faktı ilə saxlanma zamanı baş verib. Əməliyyat zamanı asayiş keşikçisi balta ilə baş nahiyəsindən zərbə alıb.