Bank Of Baku

Moskva bazarlarında saxlanılanlar deportasiya ediləcəklər

Moskva bazarlarında saxlanılanlar deportasiya ediləcəklər
# 31 iyul 2013 22:08 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Moskva polisinin keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan 1000-dən çox qeyri-leqal miqrant müvəqqəti düşərgədə yerləşdiriləcək, daha sonra isə öz ölkələrinə deportasiya ediləcək. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Moskva Şəhər Baş Daxili İşlər İdarəsindən bildirilib.

 

İdarədən məlumat verilib ki, saxlanılanlar daktiloskopik müayinədən keçirilir və cinayətlər iştirakının olub-olmadığı araşdırılır. Saxlanılanların əksəriyyətinin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb. Ona görə də onların şəxsiyyətinin dəqiqləşdirilməsi prosesi gedir. 

 

Xatırladaq ki, iyulun 27-də Moskvadakı Matveyevsk bazarında zorlamada şübhəli bilinən şəxsin saxlanılması zamanı 20-25 nəfərlik qrup polis əməkdaşlarına hücum edib, bir əməliyyat müvəkkilinin başından beşbarmaqla vurulub. Bundan sonra Moskva polisi bazarlarda reydlərə başlayıb. Həftənin ilk iki günü ərzində 1100-dən çox adam saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR