Bank Of Baku

Moskva ətrafında baş vermiş atışmada 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Moskva ətrafında baş vermiş atışmada 2 nəfər ölüb, 1 nəfər yaralanıb
# 16 oktyabr 2013 00:49 (UTC +04:00)

Bakı-APA. Moskva ətrafındakı Sergiyev Posad rayonunda baş vermiş atışma nəticəsində 2 nəfər ölüb, 1 nəfər isə yaralanıb. APA-nın məlumatına görə, bu barədə “İTAR-TASS”a Rusiya DİN-in Moskva vilayəti üzrə Baş İdarəsindən bildiriblər.    

 

Moskva ətrafı polisinin məlumatına görə, atışma oktyabrın 15-də yerli vaxtla saat 19.10-da Xotkovo şəhərinin Kalinin küçəsində baş verib. Polis əməkdaşları qeyd olunan ünvana cəlb olunanadək, 1 nəfər hadisə yerində ölüb, 1 nəfər isə aldığı yaralardan bir müddət sonra xəstəxanada keçinib, daha bir nəfər isə güllə yarası alıb.

 

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR