Bank Of Baku

Moskva məhkəməsi qaydasız döyüş üzrə dünya çempionu Rəsul Mirzəyevi azadlığa buraxıb - FOTO

Moskva məhkəməsi qaydasız döyüş üzrə dünya çempionu Rəsul Mirzəyevi azadlığa buraxıb   - <span style="color: red;">FOTO
# 27 noyabr 2012 13:51 (UTC +04:00)

 

Moskva. Fərid Əkbərov - APA. Rusiyada qaydasız döyüş üzrə dünya çempionu Rəsul Mirzəyevlə bağlı qalmaqallı məhkəmə prosesi başa çatıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Zamoskvoretskiy Rayon Məhkəmisnin qərarı ilə Dağıstanın Kızılyarsk rayon sakini Rəsul Mirzəyev 2 il şərti azadlıqdan mərhum edilib. O, ehtiyatsızlıqdan 19 yaşlı Moskva sakini İvan Aqafonovun ölümündə təqsirli bilinib.

 

Məhkəmə zalından azadlığa buraxılan Rəsul Mirzəyevə 2 il ərzində qeydiyyatda olduğu ünvanı tərk etmək qadağan olunub. Məhkəmənin qərarı ilə eyni zamanda Rəsul Mirzəyevin kütləvi tədbirlərə və əyləncə mərkəzlərinə getməsi qadağan olunub.

 

İvan Aqafonovun qohumları məhkəmənin qərarına etiraz ediblər və bunu “böyük rüsvayçılıq” adlandırıblar. Zərərçəkən tərəfin vəkili məhkəmənin qərarından şikayət edəcəyini söyləyib.

 

Qeyd edək ki, İvan Aqafonov keçən il avqustun 15-də paytaxtın “Qaraj” klubunda Rəsul Mirzəyevlə mübahisə edib. Mübahisə nəticəsində Rəsul Mirzəyev İvan Aqafonova əli ilə zərbə endirib. Aqafonov huşunu itirərək yerə yıxılıb. O, xəstəxanaya çatdırılsa da, bir neçə gün sonra orada ölüb. Bundan sonra Mirzəyev həbs olunub. Onun barəsində əvvəl “sağlamlığa ağır zərər yetirməklə ölümə səbəb olmaq” maddəsi ilə cinayət işi açılsa da, daha sonra cinayət işi “ehtiyatsızlıqdan adam ölümünə səbəb olmaq“ maddəsi ilə tövsif olunub.

 

Onu da qeyd edək ki, məhkəmənin Rəsul Mirzəyev barəsindəki qərarı rus millətçilərinin kəskin etirazına səbəb olub. Məhkəmə qərarı elan edilən zaman onlar məhkəmə binasının önündə aksiya keçiriblər. Aksiya ilə bağlı bir neçə nəfər, o cümlədən Rus Hərəkatının lideri Dmitri Demuşkin polis tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR