Bank Of Baku

Moskva Suriya ilə bağladığı silah müqavilələrinə tam əməl etmək niyyətindədir

Moskva Suriya ilə bağladığı silah müqavilələrinə tam əməl etmək niyyətindədir
# 24 iyun 2013 23:43 (UTC +04:00)

Bakı-APA. Moskva Dəməşqlə bağladığı müqavilələr üzrə öhdəliklərinə tam həcmdə əməl etmək niyyətindədir. Bu barədə jurnalistlərə Rusiya XİN başçısının müavini Mixail Boqdanov məlumat verib.

 

"Təbii ki, biz bağlanmış müqavilələr çərçivəsində məsuliyyətli tərəfdaş kimi çıxış edirik və mən burada ciddi problem görmürəm. Bu müqavilələr ilk növbədə Suriyanın hava əleyhinə müdafiəsinin güclənməsi ilə bağlıdır, onların ölkədaxili münaqişəyə heç bir dəxli yoxdur», deyə nazir müavini bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR