Bakı-APA. Rusiya XİN nümayəndəsi Moskvanın Suriya müxalifətinin nümayəndələri ilə yaxın zamanda yeni təmasların qurulacağını istisna etmir.
APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun sözlərinə görə, görüşlər müxalifətin indiyədək heç bir təmas qurulmayan nümayəndələri ilə də baş tuta bilər.
“Biz yaxın zamanda müəyyən müxalif qruplarla da təmaslar qurulacağını istisna etmirik, o qruplar ki, hansılarla indiyədək biz heç bir ünsiyyətdə olmamışıq”, deyə Boqdanov bildirib.