Bank Of Baku

Moskvada 7 nəfərin avtomobillə vurub öldürən şəxsə 8,5 il həbs cəzası verilib - FOTO

Moskvada 7 nəfərin avtomobillə vurub öldürən şəxsə 8,5 il həbs cəzası verilib  - <span style="color: red;">FOTO
# 22 may 2013 15:23 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında 7 nəfərin ölümü ilə nəticələn yol-nəqliyyat hadisəsi törədən şəxsə hökm oxunub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın Nikulinskiy Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs Aleksandr Maksimova 8 il 6 ay həbs cəzası kəsilib. O, cəzasını ümumi rejimli həbsxanada çəkəcək.


Hadisə keçən il sentyabrın 22-də paytaxtın Minsk küçəsində  baş verib. Bu, son 10 ildə Moskvada insan tələfatına görə ən böyük hadisə hesab olunur. Aleksandr Maksimov 150-190 km/saat sürətlə idarə etdiyi avtomobili avtobus dayanacağında olan adamların üstünə sürüb. Nəticədə 7 nəfər həlak olub.


Aparılan istintaqla müəyyən olunub ki, A.Maksimov avtomobili idarə edərkən sərxoş vəziyyətdə olub. Ekspertiza nəticəsində onun qanında narkotik maddə də aşkar olunub.


Qeyd edək ki, hadisə nəticəsində zərərçəkənlər məhkəmənin A.Maksimov barəsində çıxardığı hökmə etiraz ediblər. Onlar 7 nəfərin ölümünə səbəb olan şəxsin 8 il 6 ay həbs cəzası almasını ədalətsizlik sayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR