Bank Of Baku

Moskvada 80-dən çox uçuş hava şəraiti ilə əlaqədar ləğv edilib

Moskvada 80-dən çox uçuş hava şəraiti ilə əlaqədar ləğv edilib
# 02 mart 2016 03:26 (UTC +04:00)

Bakı-APA. Rusiyanın paytaxtı Moskvada davam edən çovğun nəticəsində 85 aviareys ləğv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hazırda “Şeremetyevo” aeroportunda 69 uçuş, “Domodedovo” isə 16 uçuş ləğv edilib.

 

Bundan əvvəl “Aeroflot” hava şirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar martın 2-si və 3-də 31 aviareysin ləğv edildiyini elan etmişdi.

 

Sinoptiklərin proqnozlarına əsasən, martın 2-də Moskvaya düşən yağıntının miqdarı 20 mm çata bilər ki, buda aylıq normanın 60 faizini təşkil edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR