Bank Of Baku

Moskvada avtomobildən havaya atəş açan 5 azərbaycanlı saxlanılıb

Moskvada avtomobildən havaya atəş açan 5 azərbaycanlı saxlanılıb
# 18 may 2013 18:31 (UTC +04:00)

Bakı-APA. Moskvanın cənubunda avtomobildən havaya atəş açan azərbaycanlılar saxlanılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, saat 17.00 radələrində Yasenevo küçəsindən keçən “Porsche Cayenne” və “Volkswagen Multivan” markalı avtomobildən atəş açıldığı haqqında polisə məlumat daxil olub.

 

Keçirilmiş əməliyyat nəticəsində 5 nəfər Azərbaycan vətəndaşı saxlanılaraq, Orexovo-Borisovo Severnoye daxili işlər şöbəsinə aparılıb. Məlumata görə, onların üzərinə baxış zamanı bir ədəd start tapançası aşkar edilərək götürülüb.

 

Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR