Bank Of Baku

Moskvada baş verən yanğında 12 nəfər ölüb

Moskvada baş verən yanğında 12 nəfər ölüb
# 01 fevral 2016 06:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA.  Moskvanın şimal-şərqindəki Stromınka küçəsində yerləşən tikiş sexində baş verən yanğın nəticəsində 8 Qırğızıstan vətəndaşı ölüb.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstanın Rusiyadakı səfirliyinin saytında məlumat yerləşdirilib. “Səkkiz nəfər Qırğızıstan, iki Rusiya, iki Özbəkistan vətəndaşı olmaqla, ümumilikdə 12 nəfər yanğında həyatını itirib”, - deyə məlumatda qeyd edilib.

 

Hadisənin araşdırılması diplomatlar tərəfindən nəzarətə götrülüb. Zərərçəkənlər və onların yaxınlarına yardım vəd edilib.

 

Qeyd edək ki, tikiş sexində  yanğın baş veməsi barədə yanvarın 30-da məlumat daxil olub.  İstintaq orqanları tərəfindən cinayət işi açılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR