APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanğın Xersonskaya-43 ünvanında inşa olunan ofis binasının yeraltı avtomobil dayanacağında, inşaat tullantılarının yığıldığı yerdə baş verib. Yanğının söndürülməsinə 44 texnika və 132 yanğınsöndürən cəlb edilib. Ölənlərdən 2-si hadisə yerində, 7-si isə xəstəxanaya aparılarkən keçinib.
Moskva polisi ölənlərin hamısının inşaatda çalışan və “yaxın xaric”dən olan fəhlələr olduğunu açıqlayıb. Onların arasında azərbaycanlıların olub-olmadığı hələlik bəlli deyil.