Bank Of Baku

Moskvada binada baş verən yanğın nəticəsində 9 nəfər Tacikistan vətəndaşı ölüb - YENİLƏNİB

Moskvada binada baş verən yanğın nəticəsində 9 nəfər Tacikistan vətəndaşı ölüb  - <span style="color: red;">YENİLƏNİB
# 27 yanvar 2013 02:39 (UTC +04:00)

Bakı-APA. Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində 9 nəfərin ölümü ilə nəticələnən yanğın faktı üzrə cinayət işi açılıb. APA-nın "RBK"ya istinadən verdiyi məlumata görə, cinayət işi Rusiya Federasiyasının Cinayət məcəlləsinin 219-cu maddəsi üzrə açılıb (Yanğın təhlükəsizliyi qaydaların pozulması səbəbindən iki və daha çox insanın ölməsi).  Cinayət işi çərçivəsində binanın sahibi olan şirkətin rəhbəri saxlanıb. Təsdiqlənmiş məlumata görə, yanğının qurbanları binanın zirzəmisində təmir işləri aparan Tacikistandan gəlmiş fəhlələr olub. 

Xatirladaq ki, bir qədər əvvəl 10 nəfərin öldüyü bildirilirdi.  

 

***** 01.59

 

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində baş verən yanğın nəticəsində ölənlərin sayı 10 çatıb, 6 nəfər xəsarət alıb. Yanan binadan 24 nəfər təxliyə olunub.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, yanğın Xersonskaya-43 ünvanında inşa olunan ofis binasının yeraltı avtomobil dayanacağında, inşaat tullantılarının yığıldığı yerdə baş verib. Yanğının söndürülməsinə 44 texnika və 132 yanğınsöndürən cəlb edilib.  

 

“RBK-TV”-nin məlumatına görə, ilkin versiyaya görə, yanğın qaynaq işləri aparılarkən təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Yanğının qurbanları binanın zirzəmisində təmir işləri aparan və elə burada yaşayan Tacikistandan gəlmiş fəhlələr olub. Lakin tikintini həyata keçirən şirkət iddia edir ki, binada təmir işi aparılmırdı və qeyd olunan şəxslər binada icazəsiz olublar.   

 

Qeyd edək ki, polis binanın sahibi olan şirkətin müdirini saxlayıb. Müəyyən olunub ki, bina istifadəyə verilsə də, lazımi yanğından mühafizə tədbirləri görülməyib. Onun şəxsiyyəti hələlik açıqlanmır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR