Bu gün Moskvanın cənub şərqində baş verən atışmanın detalları məlum olub.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, hadisəni “Menşevik” fabrikinin keçmiş direktoru İlya Averyanov törədib.
Həmin şəxs saxta sənədlərlə fabrikin əlindən alındığı və müflis edildiyi üçün bu addımı atdığını bildirib.
O müştərilərə atəş açıb. Bir nəfər ölüb, 4 nəfər yaralanıb. Hadisədə ölən şəxs təhlükəsizlik xidməti əməkdaşı Aleksey Kostikovdur. İlkin məlumata görə, o, atəş açan şəxsi dayandırmağa çalışarkən həlak olub.
Hazırda hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat aparılır.
Polis fabrikdə girovların saxlanıldığını barədə xəbərini təkzib edib.
Yaralılar barədə hələlik məlumat verilmir.
***
11.48
Moskvanın cənub şərqində bir neçə nəfər fabrikdə girov saxlanılır.
APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.
Bildirilir ki, hadisə naməlum şəxsin bu gün səhər saatlarında atəş açdığı məkanda baş verib.
Polis hadisə yerini mühasirəyə alıb.
Qeyd edək ki, bu gün həmin ərazidə əmlak üstündə mübahisə zamanı naməlum şəxs atəş açmağa başlayıb. Hadisə nəticəsində bir nəfər ölüb.