Bank Of Baku

Moskvada Boris Nemtsovun xatirəsinə həsr olunmuş yürüş başa çatıb

Moskvada Boris Nemtsovun xatirəsinə həsr olunmuş yürüş başa çatıb
# 27 fevral 2016 14:34 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın paytaxtı Moskvada 1 il öncə qətlə yetirilmiş müxalif siyasətçi Boris Nemtsovun xatirəsinə həsr olunmuş yürüş başa çatıb.

 

APA-nın Moskva müxbirinin xəbərinə görə, yürüş iştirakçıları siyasətçinin qətlə yetirildiyi Böyük Moskvoretsk körpüsünə güllər və onun portretlərini gətiriblər. Yürüş paytaxtın "Sadovoye koltso" adlanan hissəsində başa çatıb.

 

İzdihamlı aksiya zamanı Ukrayna bayraqları da qaldırılıb, Rusiyada həbsdə saxlanılan ukraynalı pilot Nadejda Savçenkonun azadlığa buraxılması tələb olunub. Bununla yanaşı, aksiya iştirakçıları "Donbassdan rədd ol!" kimi şüarlar səsləndirib.

 

Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin yaydığı məlumata görə, yürüşdə 7500 nəfərə yaxın insan iştirak edib. Yürüş zamanı ictimai asayiş pozuntusu qeydə alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR