Moskva.Fərid Əkbərov – APA. Moskvada hakim “Vahid Rusiya” partiyasının XV qurultayı keçirilir.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, qurultayda qaldırılan əsas məsələ Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərdə namizədlərin seçilməsi üçün erkən səsvermə prosedurunun təsdiqidir.
Rusiyanın iqtidar partiyasının nümayəndələri qurultayda seçkiöncəsi proqramın əsas tezislərini də müzakirə edəcəklər.