Rusiyada inkassatorlara hücum olub.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, hadisə Moskvada baş verib.
Naməlum şəxslərin “Poçta Rossii” inkassatorlarına hücumu zamanı atışma olub. Nəticədə hücum edənlərdən biri nəfər ölüb, inkassator isə yaralanıb. Yaralanan şəxs xüsusi rabitə xidmətinin əməkdaşıdır.
Cinayətkar dəstənin iki üzvünün hadisə yerindən uzaqlaşdığı bildirilir.