Bakı. Real Cəfərli – APA. Moskvada İran və Boliviya prezidentləri arasında görüş keçirilib. APA-nın İRNA-ya istinadən məlumatına görə, Mahmud Əhmədinejad Evo Moraleslə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq yollarının genişləndirilməsi barədə fikir mübadiləsi aparıb.
Qeyd edək ki, İran prezidenti iyulun 1-də Moskva şəhərində öz işinə başlamış Təbii Qaz İxrac Edən Ölkələrin Təşkilatına (GECF) üzv olan dövlət və hökumət başçılarının forumunda iştirak etmək üçün Rusiyada səfərdədir.