Bank Of Baku

Moskvada MDB-nin “Birliyin ulduzları” mükafatının təqdimetmə mərasimi keçirilib - FOTOSESSİYA

Moskvada MDB-nin “Birliyin ulduzları” mükafatının təqdimetmə mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 aprel 2013 10:37 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçirilən təqdimat mərasimində Rusiya Federasiya Şurasının və MDB ölkələri Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyenko, Rusiya Dövlət Dumasının deputatları, universitet rektorları, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və MDB ölkələrinin dövlət rəsmiləri iştirak ediblər.

 

Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko elm və təhsil, mədəniyyət və incəsənət, humanitar sahədə fəaliyyətlərinə görə fərqlənən şəxslərə mükafat təqdim edib. Bu il Azərbaycandan “Birliyin ulduzları” mükafatına tanınmış yazıçı, kinossenarist və ictimai xadim Maqsud İbrahimbəyov layiq görülüb. Maqsud İbrahimbəyov səhhəti ilə əlaqədar mükafatlandırma mərasimində iştirak edə bilməyib. Mükafatı onun yerinə həyat yoldaşı Anna İbrahimbəyova qəbul edib.


“Birliyin Ulduzları” mükafatına layiq görülənlər arasında Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Viktor Sadovniçi də olub. 

 

Qeyd edək ki, keçən il “Birliyin ulduzları” dövlətlərarası mükafatına Heydər Əliyev Fondunun prezidenti, UNESKO və  İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva layiq görülüb. MDB üzü olan ölkələrin Humanitar Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis olunan “Biriliyin ulduzları” mükafatını Mehriban Əliyevaya Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin təqdim edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR