Bank Of Baku

Moskvada imam terrorizmə haqq qazandırmaqda təqsirli bilinir

Moskvada imam terrorizmə haqq qazandırmaqda təqsirli bilinir
# 12 iyul 2016 14:59 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rusiyada imama qarşı terrorizmə ictimai şəkildə haqq qazandırma ittihamı irəli sürülüb.

 

APA-nın RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, Rusiya İstintaq Komitəsinin Moskva İdarəsinin rəsmi nümayəndəsi Yuliya İvanova bildirib ki, 2013-cü il sentyabrın 23-də imam Mahmud Velitov Moskvanın Xaçaturyan küçəsində yerləşən “Yardyam” məscidində dua zamanı ictimai şəkildə “Hizb ut-Təhrir əl-İslam” terror təşkilatının üzvlərindən birinin fəaliyyətinə haqq qazandıran nitq söyləyib: “İmamın əməli ilə bağlı iş araşdırılır. O, “Terrorizmə ictimai şəkildə haqq qazandırma” maddəsi ilə cinayət törətməkdə təqsirli bilinir”.

 

Psixoloji-linqvistik məhkəmə tibbi ekspertizasının nəticəsinə əsasən, sözügedən nitqdə terror fəaliyyətinə haqq vermənin psixoloji və linqvistik əlamətləri əksini tapıb.

 

İstintaq imamın ev dustaqlığında saxlanması barədə vəsatət irəli sürüb.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR