APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, "Salaryovo" adlanan yeni stansiya paytaxt metropoliteninin "Sokolniki" xəttinin cənub istiqamətindəki axırıncı stansiyasıdır.
Bu stansiyanın açılması ilə Moskva Dairəvi Yolundan kənarda və Moskva ətrafında yaşayan əhali mərkəzə daha tez çata biləcək. Yeni stansiyanın fəaliyyətə başlaması paytaxtın Kiyev şossesi, Vernadski prospektində yaşanan tıxacın aradan qaldırılmasına kömək edəcək.
Stansiyanın açılış mərasimində Moskva meri Sergey Sobyanin iştirak edib.