Bank Of Baku

Moskvada polis əməkdaşının döyüldüyü Matveyev bazarı bağlanacaq

Moskvada polis əməkdaşının döyüldüyü Matveyev bazarı bağlanacaq
# 31 iyul 2013 00:47 (UTC +04:00)

Bakı-APA. Moskvanın Qərb inzibati dairəsinin prefekturası 2015-ci ilin yanvarın 1-dək Matveyev bazarını bağlamağa qərar verib. Qeyd edək ki, iyulun 27-də qeyd olunan bazarda polislə satıcılar arasında baş vermiş münaqişə nəticəsində bir əməliyyatçı ağır yaralanıb. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “İzvestiya” qəzetinə prefekturanın mətbuat katibi Olqa Veldina bildirib.  

 

Qeyd edək ki, Matveyev bazarı ilə birlikdə daha 4 bazarın ləğv edilməsi nəzərdə tutulub və beləliklə 2015-ci ilə dairənin ərazisində cəmi üç - Doroqomilov, Kuntsev və Krılatski bazarları qalacaq.  

 

“Biz açıq bazarların bağlanması barədə federal proqram çərçivəsində addımlayırıq. Ticarət obyektlərinə qarşı hazırda çox sərt tələblər irəli sürülür. Bu tip köşk qalamaları ləğv olunacaq”, deyə Olqa Veldina bildirib.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR