Bank Of Baku

Moskvada qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlanılıb

Moskvada qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlanılıb
# 02 dekabr 2016 10:54 (UTC +04:00)

Moskva şəhər rəhbərliyi qanunsuz tikililərin sökülməsinin üçüncü mərhələsinə başlayıb.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Daşınmaz Əmlakların İstifadəsinə Nəzarət üzrə Dövlət Müfəttişliyi məlumat yayıb.

 

Siyahıya daxil olan 43 tikilidən 4-ü söküləcək, digərlərinin sahibləri isə söküntü işlərini könüllü şəkildə həyata keçirəcəklər. Məcburi sökülmə prosesi dekabrın 5-də başlayacaq.

 

Qanunsuz tikililərin sökülməsi ilə bağlı üçüncü siyahı oktyabrın 4-də təsdiq edilib. İlk kütləvi söküntü fevralın 9-da reallaşıb. Həmin vaxt 104 qanunsuz obyekt dağıdılıb. Avqustun 29-da keçirilən ikinci mərhələdə isə 107 obyekt sökülüb. İkinci mərhələ Rusiya paytaxtında metro stansiyaları ətrafında yerləşən ticarət və xidmət obyektlərinə şamil olunub. Həmin obyektlərin sahibləri arasında azərbaycanlılar da var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR