Bank Of Baku

Moskvada qeyri-sabit hava səbəbindən 30-a yaxın aviareys təxirə salınıb

Moskvada qeyri-sabit hava səbəbindən 30-a yaxın aviareys təxirə salınıb
# 13 iyul 2016 23:36 (UTC +04:00)

Bakı-APA. Şiddətli külək və leysan yağışı nəticəsində Rusiya paytaxtının hava limanlarında 30-a yaxın aviareys təxirə salınıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, “Domodedovo” aeroportunda 11, “Şeremetyevo”da 15, “Vnukovo”da isə 1 uçuş təxirə salınıb.

 

Hazırda hava limanlarında təyyarələrin yola salınması və qəbulu ştat rejimində həyata keçirilir.

 

Moskvada ildırımla müşayiət olunan güclü yağış yağıb, küləyin sürəti saniyədə 18 metrə çatıb. Qeyri-sabit hava nəticəsində Moskva vilayətinin Mojaysk rayonunda 3 nəfər xəsarət alıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR