Rusiya Xarici İşlər Nazirliyi əməkdaşlarından birinin ölümünü işlə əlaqəli olmayan bədbəxt hadisə adlandırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, XİN-in açıqlamasında bildirilir ki, 19 dekabr tarixində Moskvada nazirliyin Latın Amerikası Departamentinin baş məsləhətçisi Pyotr Petroviç Polşıkov ölüb: “Faciənin təfərrüatlarının aydınlaşdırılması ilə hüquq-mühafizə orqanları məşğul olur. İlkin qənaətə əsasən söhbət işlə əlaqəli olmayan bədbəxt hadisədən gedir”.
Qeyd edək ki, daha əvvəl ölən şəxsin XİN-in sabiq əməkdaşı olduğu bildirilmişdi.
***
Saat 10:45
Moskvada Rusiya Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşının meyiti tapılıb.
APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, meyitin yanında travmatik tapınca və gilizlər aşkarlanıb.
Qeyd edək ki, daha əvvəl nazirlikdə çalışmış şəxs işsiz imiş.