Bakı. Şamil Əlibəyli – APA. Moskvada qanunsuz miqrantlar üçün yaradılan çadır düşərgəsində saxlanılan miqrantların bir hissəsi bu gün öz ölkələrinə deportasiya olunacaqlar. APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Federal Miqrasiya Xidmətinin və polisin əməkdaşları 31 Vyetnam vətəndaşını geri göndərəcəklər. Hazırda düşərgədə saxlanılan digər miqrantlar isə öz talelərinin həllini gözləyirlər.
Qeyd edək ki, keçən həftənin ortalarında Moskvada polis tərəfindən keçirilən irimiqyaslı əməliyyat nəticəsində, Vyetnam, Misir, Suriya, Mərakeş, Qırğızıstan, Özbəkistan, Tacikistandan olan təxminən 600 qeyri-qanuni miqrant saxlanılıb.