Bank Of Baku

Moskvada uşağın başını kəsən dayə psixiatrik xəstəxanada müalicə alıb

Moskvada uşağın başını kəsən dayə psixiatrik xəstəxanada müalicə alıb
# 03 mart 2016 03:52 (UTC +04:00)

Bakı-APA. Moskvada uşağın başını kəsərək qətlə yetirməkdə şübhəli bilinən dayə Gülçöhrə Bobokulova 2002-ci ildə psixiatrik xəstəxanada müalicə alıb.

 

APA-nın məlumatına görə, bu barədə G. Bobokulovanın atası Bahrəddin Turayev “Gazeta.ru”ya müsahibəsində bildirib.

 

Onun sözlərinə görə, Bobokulova o zaman səslər eşitməyə, qəribə sözlər tələffüz etməyə başlayıb və xeyli aqressiv olub. Bundan sonra qadın xəstəxanada bir neçə gün müalicə alıb, sonradan simptomlar təkrarlandıqda, yenidən xəstəxanaya yerləşdirilib.   

 

B. Turayev həmçinin qeyd edib ki, qızı heç vaxt məscidlərə getməyib, hicab geyinməyib və Quran oxumayıb.   

 

Atasının sözlərinə görə, Bobokulova əvvəllər heç vaxt dayə kimi də çalışmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR