Bank Of Baku

Moskvada Vitali İqnatenkonun “Mənimlə və mənsiz” kitabının təqdimatı olub

Moskvada Vitali İqnatenkonun “Mənimlə və mənsiz” kitabının təqdimatı olub
# 12 noyabr 2016 11:46 (UTC +04:00)

Moskvada Rusiyanın TASS informasiya agentliyinin keçmiş baş direktoru, Rusiya Federasiya Şurasının üzvü, tanınmış jurnalist Vitali İqnatenkonun “Mənimlə və mənsiz” kitabının təqdimat mərasimi keçirilib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, TASS agentliyində keçirilən təqdimat mərasimində Rusiyanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, görkəmli ictimai və siyasi xadimlər, tanınmış jurnalistlər iştirak ediblər.

 

TASS-ın baş direktoru Vladimir Mixaylov, baş direktorun birinci müavini Mixail Qusman, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Birinci kanalının baş direktoru Konstantin Ernst, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski və başqaları mətbuat konfransında çıxış edərək müəlliflə birgə işlədikləri və dostluq etdikləri illərdən danışıblar.

 

Kitabın qəhrəmanlarından biri oaln Polad Bülbüloğlu mətbuat konfransında müəlliflə tanışlığının tarixindən danışıb: “Mən, Vitali İqnatenko ilə 1960-cı illərin ortalarında tanış olmuşam. Bütün bu illər ərzində biz dostluq edirik. Xoşbəxtlikdən bir-birimizə mehriban münasibəti bu illər ərzində qoruyub saxlaya bilmişik”.

 

Səfir Vitali İqnatenkoya Azərbaycanda olan münasibətdən də danışıb: " Azərbaycanda ona hörmət edir və sevirlər. Prezident İlham Əliyevdən tutmuş sadə insanlara qədər Azərbaycanda çoxları Vitali İqnatenkoya böyük hörmət bəsləyir və onu sevir. Ümummilli lider Heydər Əliyev də onu şəxsən tanıyıb və qiymətləndirib”.

 

Tədbirdə onun haqqında deyilən xoş sözlərə görə təşəkkürünü bildirən Vitali İqnatenko "Mənimlə və mənsiz" adlı kitabında uşaqlıq illərindən əhatə olunduğu insanlardan söz açdığını bildirib: “Mən də başa düşürdüm ki, yalan danışmaq, geriyə çəkilmək olmaz, çünki yanındakılar sənin dostların, məsləkdaşların, həmkarlarındır. Tarixin bütün dönüşlərində, dəyişikliklərində onlar özlərini itirməyiblər. Bu kitabda mənfi insanlar yoxdur. Məncə, həyatı xeyirxah insanlar yaradırlar və bu kitab da onlar haqqındadır”.

 

Qeyd edək ki, Vitali İqnatenko 1941-ci ildə Rusiyanın Soçi şəhərində anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən V. İqnatenko 10 ildən çox “Komsomolskaya pravda” qəzetində işləyib. SSRİ prezidentinin mətbuat xidmətinə başçılıq edib, Rusiya baş nazirinin müavini olub. 1991-ci ildən 2012-ci ilə qədər TASS-ın baş direktoru vəzifəsində çalışıb. 2012-ci ildən bu günə kimi isə Federasiya Şurasının üzvüdür.

 

Vitali İqnatenko Azərbaycan və Rusiya arasında informasiya sahəsində əməkdaşlığın və əlaqələrin möhkəmlənməsində xüsusi xidmətlərinə görə prezident İlham Əliyevin sərəncamı ilə “Dostluq” ordeninə layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR