Bakı. Türbət Bağırova - APA. Moskva-Tiflis reysi ilə uçan təyyarədə yanğın olub.
APA-nın “sputnik”ə istinadən verdiyi xəbərə görə, hadisə Moskvanın Domodedovo aeroportunda təyyarə uçuşa hazırlaşdığı zaman baş verib.
Hadisə şahidlərinin bildirdiyinə görə, yanğın təyyarənin mühərrik hissəsində, sol qanadının aşağı hissəsində qeydə alınıb.