Bank Of Baku

Moskvanın mərkəzində terror törətməyi planlaşdıran dəstə zərərsizləşdirilib

Moskvanın mərkəzində terror törətməyi planlaşdıran dəstə zərərsizləşdirilib
# 06 iyun 2013 11:23 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Y. Davlatbayevin dəstəsi Moskvanın mərkəzində partlayış törətməyi planlaşdırıb.

 

Y. Davlatbayev şübhə doğurmamaq üçün Moskvada ciddi-cəhdlə iş axtarıb. Onun dəstə üzvlərinin vaxtilə Əfqanıstanda koalisiya qüvvələrinə qarşı döyüşdüyü, terrorun sifarişçisinin isə Əfqanıstan-Pakistan sərhədində fəaliyyət göstərən “Türküstan İslam Partiyası” olduğu bildirilir.

 

Terrorçular may ayında Moskva vilayətinin Orexovo-Zuyevo rayonunda zərərsizləşdirilib. Mayın 20-də keçirilən xüsusi əməliyyat zamanı 2 nəfər öldürülüb, 1-i yaxalanıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR