Bank Of Baku

Moskvanın metro stansiyalarında partlayış törədən terrorçu dəstənin sonuncu üzvü öldürülüb - FOTO

Moskvanın metro stansiyalarında partlayış törədən terrorçu dəstənin sonuncu üzvü öldürülüb - <span style="color: red;">FOTO
# 06 fevral 2013 12:05 (UTC +04:00)

Moskva. Fərid Əkbərov- APA. Rusiya paytaxtında iki metro stansiyasını partladan terrorçu dəstənin sonuncu üzvü öldürülüb. APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Milli Antiterror Komitəsi məlumat yayıb. Məlumatda bildirilir ki, 2010-cu ilin mart ayında Moskvanın “Park Kultura” və “Lubyanka” metro stansiyalarında partlayış törədən terrorçu dəstənin üzvü Qusen Maqomedov öldürülüb.

 

Rusiya hüquq-mühafizə orqanlarının Dağıstanın Kadırkent Serqokalinskoqo rayonunda keçirdikləri əməliyyat zamanı müqavimət göstərən Q. Maqomedov məhv edilib. Komitənin yaydığı məlumatda Q. Maqomedovun Moskvada metro stansiyalarında partlayış törədən terrorçu dəstənin bu günə qədər sağ qalan axırıncı üzvü olduğu açıqlanıb.   

 

Qeyd edək ki, 2010-cu ilin martın 29-da Moskvanın “Park Kultura” və “Lubyanka” metro stansiyalarında hərəkətin ən pik vaxtında 45 dəqiqə fasilə ilə partlayış törədilib. Nəticədə 40 nəfər ölüb, 100 nəfərdən çox insan isə yaralanıb.


 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR