APA-nın “UNİAN”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Andrey Parubiy bildirib.
“Hazırda Ukrayna hərbi birləşmələri Kramatorskdadır, Slavyansk isə tamamilə mühasirəyə alınıb”, deyə Parubiy qeyd edib.
“Kramatorsk və Slavyanskda əməliyyat sona çatdırıldıqdan sonra biz əməliyyatın fəal mərhələsini digər şəhərlərdə həyata keçirəcəyik - harada ki, ekstremistlər və terrorçular Ukrayna qanunlarına məhəl qoymur, Ukrayna vətəndaşlarının həyatını təhlükə altına atır, qanunsuz fəaliyyətlə məşğuldur”, deyə MTMŞ katibi qeyd edib.