Bank Of Baku

Nadejda Savçenko Odessada qəzaya uğrayıb

Nadejda Savçenko Odessada qəzaya uğrayıb
# 16 dekabr 2016 02:23 (UTC +04:00)

Ukraynanın Odessa vilayətində salonunda Ali Radanın deputatı Nadejda Savçenkonun olduğu avtomobil idarəetməni itirərək yoldan kənara çıxıb. Qəzaya səbəb yolların buz bağlaması olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə deputatın bacısı Vera bildirib.   

 

Onun sözlərinə görə, vilayətdəki yolların sürüşkən və təmizlənməmiş olması insidentə səbəb olub.  Vera Savçenko bildirib ki,  qəza şahidləri xəndəkdən çıxmağa onlara kömək ediblər.

 

“Otuz dəqiqədən sonra biz artıq yolumuzu davam edirdik”, - deyə V.Savçenko  “Facebook” səhifəsində bildirib.  

 

Savçenko Odessaya seçicilərlə görüşməyə yollanırmış.

 

İnsident nəticəsində Savçenko xəsarət almayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR