Bank Of Baku

Nalçikdə 2 silahlı məhv edilib

Nalçikdə 2 silahlı məhv edilib
# 15 yanvar 2016 18:41 (UTC +04:00)

Bakı – APA. Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nalçik şəhərində 2 silahlı məhv edilib.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  Kabarda-Balkar Respublikası  hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

 

“Silahlıların mühasirəyə alındığı əraziyə istintaq-əməliyyat qrupu göndərilib. Federal qüvvələrə müqavimət göstərənlər məhv edilib”, - deyə mənbə bildirib. 

 

Mənbə onu da əlavə edib ki, silahlılar polisə avtomat silahdan atəş açıblar. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR