Bank Of Baku

Nalçikdə polislə atışmada bir silahlı məhv edilib

Nalçikdə polislə atışmada bir silahlı məhv edilib
# 15 dekabr 2017 18:09 (UTC +04:00)

Rusiya hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nalçik şəhərində bir silahlı məhv edilib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə  Kabarda-Balkar Respublikası  hüquq-mühafizə orqanlarından bildiriblər.

 

“Urvan yaşayış məntəqəsi yaxınlığında baş verən atışma zamanı asayiş keşikçilərinə atəş açan silahlı məhv edilib. Hüquq-mühafizə orqanları əməkdaşları arasında itki yoxdur”, məlumatda deyilir.  

 

Məlumata əsasən, axşam saatlarında təhlükəsizlik qüvvələri şübhəli avtomobili saxlamaq istəyib. Avtomobildə olan şəxs onlara atəş açıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR