NATO keçmiş sovet respublikalarının suverenlik haqlarını müdafiə edəcək

NATO keçmiş sovet respublikalarının suverenlik haqlarını müdafiə edəcək
# 05 sentyabr 2014 23:03 (UTC +04:00)

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Şimali Atlantika Alyansının Uelsin Nyuport şəhərində qəbul etdiyi Bəyannamədə deyilir.

“Ukraynada baş verən hadisələr NATO-nun Şərqi Avropadakı tərəfdaşlarında böyük narahatçılıq yaradıb. Alyans tərəfdaşlarının xarici siyasət və təhlükəsizlik sahəsində müstəqil seçim hüququnu müdafiə etməkdə davam edəcək”, sənəddə qeyd edilir.

Həmçinin sənəddə bildirilir ki, NATO Azərbaycanın, Gürcüstanın, Ermənistanın və Moldovanın ərazi bütövlüyü və suverenliyinin müdafiəsi ilə bağlı öhdəliklərinə sadiq olaraq qalır. Bəyannamədə vurğulanır ki, hazırkı şəraitdə NATO Cənub Qafqazda və Moldovada münaqişələrin dinc yolla nizamlanma səylərini dəstəkləməkdə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR