Bakı-APA. Rusiyalı müxalifətçi, 2009-cu ildə Kirov vilayəti qubernatorunun müşaviri işlədiyi dövrdə «Kirovles» müəssisəsində yeyintilərə yol verdiyi ittihamı ilə 5 il azadlıqdan məhrum edilmiş Aleksey Navalnının tərəfdarları Moskvada icazəsiz aksiya keçirirlər. «İnterfaks»ın məlumatına əsasən, etirazçılar şəhərin mərkəzi küçələrində gediş-gəlişə maneçilik törədirlər. Bununla bağlı Tverskoy və Moxovoy küçələrində tıxaclar yaranıb.
Rusiya DİN aksiyada 2,5 min nəfərin iştirak etdiyini bildirir. «Yabloko» hərəkatının lideri Sergey Mitroxin isə on minlərlə insanın aksiyada iştirak etdiyini bəyan edib.